• Bakı 8° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda sürücülər arasında dava oldu - Saxlanılan var

HADİSƏ

15 Dekabr 2021 | 14:29

Bakıda sürücülər arasında dava oldu - Saxlanılan var

Bakıda xuliqanlıq hadisəsi olub.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə dekabrın 14-də Binə qəsəbəsi ərazisində “Mercedes” markalı bir avtomobilin sürücüsünün xuliqanlıq zəminində Buzovna qəsəbə sakini N.Hacıyevi döyməsi və idarə etdiyi “VAZ-2104” markalı avtomobilini təpiklə əzməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini İ.İsmayılov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026