• Bakı 11° C

    1.57 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Ağdamda ekskavator MİNAYA DÜŞDÜ

HADİSƏ

07 Aprel 2024 | 14:54 | Müəllif: Subhan Mahmudov

Ağdamda ekskavator MİNAYA DÜŞDÜ

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2024-cü il 7 aprel tarixində Ağdam rayonunun Novruzlu kənd ərazisində mina hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, minalardan təmizlənməmiş ərazidə ekskavator piyada əleyhinə minaya düşüb. Ekskavator zədələnib, xəsarət yoxdur.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR