• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ağsuda yanğın törədən şəxs saxlanıldı - VİDEO

CƏMİYYƏT

23 Avqust 2022 | 11:36 | Müəllif: Subhan Mahmudov

Ağsuda yanğın törədən şəxs saxlanıldı - VİDEO

Avqustun 11-də Ağsu rayonunda yanğın törədən şəxs müəyyən olunub.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Ağsu rayonu, Maşadqanlı kəndində Tahir Əliağa oğlu Vəlidova məxsus sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb, yaxınlıqdakı Maşadqanlı kənd məktəbi yanğından mühafizə olunub.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində yanğını törətmiş şəxs müəyyən edilib. Belə ki, hadisənin 1980-ci il təvəllüdlü Yusif Vidadi oğlu Ağayev tərəfindən törədildiyi aşkar edilib və vətəndaş əməlini etiraf edib.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR