• Bakı 24° C

    6.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Neptun heç vaxt bu qədər parlaq görünməmişdi

CƏMİYYƏT

22 Sentyabr 2022 | 11:01 | Müəllif: Qalib İbrahimoğlu

Neptun heç vaxt bu qədər parlaq görünməmişdi

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Ceyms Uebb Kosmik Teleskopu Neptunun yeni gözoxşayan fotolarını paylaşıb.

Bakıvaxtı.az xəbər verir kİ, Neptun və onun halqaları indiyədək heç vaxt bu qədər parlaq göstərilməyib. İyul ayından çəkilmiş görüntülər təkcə Neptunun nazik halqalarını deyil, həm də onun 14 məlum peykindən yeddisini və infraqırmızı şüalarda əvvəllər görünməmiş şəkillərini üzə çıxarıb.

Qeyd edək ki, James Webb Teleskopu Yupiterin ən yaxşı şəkillərini keçən ay paylaşmışdı. Bir ildən az bir müddət əvvəl bazara çıxarılan 10 milyard dollarlıq Webb vaxtının çox hissəsini kainatı araşdırmağa sərf edir.

Teleskopla astronomlar ilk ulduzların və qalaktikaların yarandığı dövrün demək olar ki, başlanğıcını görməyə ümid edirlər.

Aytac Aslan


Neptun heç vaxt bu qədər parlaq görünməmişdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026