• Bakı 11° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Aİ atəşkəsdən məmnundur

CƏMİYYƏT

22 Noyabr 2023 | 14:44

Aİ atəşkəsdən məmnundur

Avropa İttifaqı (Aİ) İsrail və HƏMAS arasında Qəzzadakı münaqişədə 4 günlük humanitar fasilə üçün əldə olunan kompromis və məhbus mübadiləsi razılaşmasını alqışlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Aİ Komissiyasının sədri Ursula fon der Leyen mövzu ilə bağlı açıqlamasında “Girovluqda olan 50 nəfərin azad edilməsi və hərbi əməliyyatların dayandırılması ilə bağlı əldə edilmiş razılaşmanı ürəkdən alqışlayıram. Aİ Komissiyası Qəzzaya humanitar yardımın çatdırılması və bu fasilədən istifadə etmək üçün əlindən gələni edəcək. Komissar Janez Lenarçiçdən Qəzzada baş verən humanitar böhranın aradan qaldırılması üçün Qəzzaya göndərişlərin mümkün qədər tez artırılmasını xahiş etmişəm” deyib.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də razılaşmadan məmnun olduğunu qeyd edib.

Sosial mediada açıqlama verən Mişel "Qəzzada girov saxlanılan qadın və uşaqların azad edilməsi ilə bağlı razılaşmanı alqışlayıram. Bu razılaşmaya vasitəçilik etdikləri üçün Qətər və Misirə minnətdaram. HƏMAS bütün girovları azad etməlidir. Münaqişədəki bu fasilədən ehtiyacı olanlara maksimum humanitar yardımın çatdırılması üçün istifadə edilməsi də böyük əhəmiyyət kəsb edir”, - deyə vurğulayıb.

Ay Tac

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR