• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Aİ Çinlə investisiya sazişini dondurdu

SİYASƏT

21 May 2021 | 00:29

Aİ Çinlə investisiya sazişini dondurdu

Avropa Parlamenti Çinlə Aİ arasında imzalanmış investisiya sazişinin dondurulması barədə qərar qəbul edib.

TASS xəbər verir ki, buna səbəb mart ayında rəsmi Pekin tərəfindən Avropa ölkələrinin analoji tədbirlərinə qarşı qəbul etdiyi cavab sanksiyaları olub.

Sazişin dondurulmasını nəzər tutan qətnamə Avropa Parlamentinin Brüsseldə keçirilən plenar sessiyası zamanı təsdiq olunub. Sənədin lehinə 599, əleyhinə 30 deputat səs verib. 58 parlamentari isə bitərəf qalıb.

Qeyd edək ki, sözügedən saziş Avropa ölkələrinə Çin bazarına daxil olmaq üçün geniş imkanlar açır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026