• Bakı 28° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

"Ailələr doğru psixoloji müstəvidə qurulmayıb" - AÇIQLAMA

CƏMİYYƏT

30 Iyul 2021 | 11:32

"Ailələr doğru psixoloji müstəvidə qurulmayıb" - AÇIQLAMA

Məlumdur ki, pandemiya dövründə artan boşanmaların əsas səbəblərindən biri də insan psixologiyasıdır. Karantin dövrü insanların ruh halına təsir göstərdiyi üçün bu hal ailədaxili münasibətlərə də ciddi təsir göstərdi.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Elmir Əkbər boşanmaların pisxoloji səbəblərindən söz açıb:

Doğrudur, pandemiya dövründə boşanmaların sayı xeyli artıb. Ona görə ki, insanlar pandemiya dövründə karantin şəraitində yaşamaq məcburiyyətində qaldılar. Bir çox ailələr öz münasibətlərini doğru psixoloji müstəvidə qurmayıblar. Daha çox birgə zaman keçirmək ona gətirib çıxardı ki, insanlar bir-birinin görmək istəmədikləri, müsbət təsir etməyən cəhədlərini görməyə başladılar. Üstəlik, onlar ailədə yaranmış problemlərin psixoloji həllini bilmədiklərinə görə yaranmış problemi aradan qaldıra bilmədilər. Ona görə də, vəziyyət çox gərgin həddə çataraq boşanmaların sayı artdı. Məsələ təkcə boşanmalarda deyil. Baxın, yeniyetmələrin nə qədər problemi yaranıb. Nə qədər uşaq evdən qaçır, intihar həddinə çatır. Çünki bir çox insan psixoloji problemlərini həll etmək əvəzinə özlərini aldadaraq başlarını nələrləsə qataraq yaşayırlar. İndi insanların bu şansları azaldığına, özləri ilə üz-üzə qaldıqlarına görə bu problemlər artıq şüuraltı vəziyyətdən qalxıb real, konkret problemə çevrilib və insanlar bunun öhdəsindən gələ bilmirlər. Bu səbəbdən də boşanmalar və digər problemlər artıb. Bütün dünyada peşəkar psixoterapevtik xidmət çox yüksək səviyyədə aparılır və müraciətlərin sayı artıb. Amma bizdə çox, təəssüf ki, nə kifayət qədər lazımlı mütəxəssislər var, nə də insanlar vaxtında psixoloqa müraciət etmir. Ona görə də, bu problemləm həll olmaq əvəzinə ailələr dağılır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026