“Düzgün müalicə apardıqda, xəstəliyi vaxtında aşkarladıqda allergik xəstəlikləri müalicə ilə sağaltmaq mümkündür”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsində canlı yayımda SN K.Fərəcova adına Elmi-Tətqiqat Pediatriya İnstitutunun allerqoloqu Çinarə Novruzova deyib.
Onun sözlərinə görə, allergiyası olan şəxslər ilk başlarda xüsusilə bitkilər olan mühitdən uzaq durmalıdır.
Allerqoloq bildirib ki, vaxtında müdaxilə allergik xəstəliklərin müalicəsində ən mühüm nüansdır.
Günəş Mərd
















