• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ali Məhkəmə Abid Qafarovla bağlı qərarı ləğv etdi

CƏMİYYƏT

16 Fevral 2023 | 15:39

Ali Məhkəmə Abid Qafarovla bağlı qərarı ləğv etdi

Ali Məhkəmə həbsdə olan ictimai fəal Abid Qafarovla bağlı qərarı ləğv edib.

Bakıvaxtı.az  xəbər verir ki, bu gün hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən iclasda Bakı Apellyasiya Məhkəməsinin qərarı tamamilə ləğv edilib. İş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilib.

Qeyd edək ki, A.Qafarov ötən ilin iyulunda bir qrup qazi tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət əsasında həbs edilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə Abid Qafarov 1 il müddətə azadlıqdan məhrum edilib. O, qaziləri təhqir etməkdə, onları “müti” adlandırmaqda ittiham olunub. Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib.

Abid Qafarov 2020-ci ildə deputatlığa namizəd olub.

A.Qafarov həbsindən öncə məhkəmənin binası qarşısında jurnalistlərə açıqlamasında Tərtər hadisələrilə bağlı araşdırmalarına görə cəzalandırıldığını iddia etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026