Ali məktəblərin qəbul qaydalarında hələlik ciddi dəyişiklik nəzərdə tutulmur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, subbakalavr pilləsində təhsil alan tələbələrin gələcəkdə ali məktəblərdə uğurlu nəticə göstərməsi üçün bilik və bacarıqlarının artırılması vacibdir.
“Bu istiqamətdə ali məktəblər və onların nəzdində fəaliyyət göstərən orta ixtisas təhsil müəssisələri arasında əlaqə gücləndirilməlidir”, – Məleykə Abbaszadə əlavə edib.
Mina Mikayılova