• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Almatı hava limanı uçuşları BƏRPA EDİR

DÜNYA

12 Yanvar 2022 | 19:50 | Müəllif: Subhan Mahmudov

Almatı hava limanı uçuşları BƏRPA EDİR

Qazaxıstanın Almatı Beynəlxalq Hava Limanı yanvarın 13-dən fəaliyyətini bərpa edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhər hava limanının mətbuat xidmətindən bildirilib.

Almatı şəhərində baş verən iğtişaşlara görə komendant saatının tətbiqi ilə əlaqədar hava limanı səhər saat 08:00-dan axşam saat 21:00-a kimi fəaliyyət göstərəcək. Həm daxili, həm də beynəlxalq reyslər həyata keçiriləcək. Təhlükəsizliyi təmin etmək üçün terminala yalnız sərnişinlərin daxil olmasına icazə verilir.

Xatırladaq ki, Almatı hava limanı ölkədə baş verən iğtişaşlar zamanı ələ keçirilib, daha sonra antiterror xüsusi əməliyyatı zamanı azad edilib. Qazaxıstanda yanvarın 6-dan fövqəladə vəziyyət rejimi tətbiq olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026