• Bakı C

    6.69 m/s

  • USD - 1.7

    EUR - 1.7666

    RUB - 1.5962

AMB-nin strukturunda dəyişikliklər olub

İQTİSADİYYAT

07 Yanvar 2025 | 10:10

AMB-nin strukturunda dəyişikliklər olub

Azərbaycan Mərkəzi Bankının (AMB) strukturunda bəzi dəyişikliklər olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AMB-dən bildirilib.

Məlumata görə, Bankların fəaliyyətinə nəzarət, Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət və Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentləri yaradılıb. Bankların fəaliyyətinə nəzarət departamentinə Rzayev Samir Eyvaz oğlu, Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinə isə İsmayılov Xəyyam Osman oğlu direktor təyin edilib. Həmçinin, Sədrin ofisi şöbəsinə Dosduzadə Xanım Nüsrət qızı rəis təyin edilib, Maliyyə monitorinqi departamentinin direktoru vəzifəsində isə Samir Rzayevin əvəzinə Abdullayev Orxan Adil oğlu təyin edilib.

    Bundan əlavə, Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti ləğv edilib. Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Səbziyev Fuad Elxan oğlu isə vəzifəsindən ayrılıb.


    SON XƏBƏRLƏR

    07 Yanvar 2025