ABŞ prezidenti Co Bayden Florida ştatını vurması gözlənilən "İan" qasırğası ilə bağlı bölgə bələdiyyə sədrləri ilə telefonla danışıb və hazırlıqlarla bağlı məlumat alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumatda bildirilib ki, Bayden bu gün bələdiyyə sədrləri ilə telefonda "İan" qasırğası ilə bağlı fikir mübadiləsi aparıb. Bayden, həftə sonu imzaladığı fərmanla Floridaya federal səviyyədə ən sürətli yardımı təmin etdiyini bildirib və Federal Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (FEMA) prezidenti Deanne Criswell-ə hər bir məsələdə yerli hakimiyyət orqanlarına kömək etməyi tapşırıb.
Nuranə Daxilqızı
















