Amerikalı reper və aktyor DMX (əsl adı Erl Simmons) 50 yaşında ikən vəfat edib.
Bakıvaxtı.az xəbər vedir ki, bu barədə “Rolling Stone” jurnalı onun ailə üzvlərinə istinadən məlumat yayıb.
Reper aprelin 2-də Nyu-Yorkdakı mənzilində olarkən özünü pis hiss edib və xəstəxanaya çatdırılıb. Ürək tutması keçirən ifaçı süni həyat təminatı cihazına qoşulub.
Qeyd edək ki, DMX-in altı albomu “Billboard” hit-paradında birinci pillədə debüt edib. Reper, həmçinin 20 filmdə çəkilib.u
















