• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Arif Quliyevin son vəziyyəti AÇIQLANDI

MƏDƏNİYYƏT

05 May 2021 | 12:44

Arif Quliyevin son vəziyyəti AÇIQLANDI

“Xalq artisti Arif Quliyevin vəziyyəti ağır kritik olaraq qalır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında “Yeni klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.

Onun sözlərinə görə, Xalq artisti artıq səkkiz gündür ki, süni tənəffüs aparatının dəstəyi altındadır:

“Ağciyər funksiyalarında irəlləyiş əldə etmişik, amma hazırda xəstənin vəziyyətinin kritik olmasında serebro-vaskulyar bir hadisənin olmasından şübhələnirik. Nevropatoloq müayinəsi olub və beyində görüntülənmə olması istənilib. Görüntülənmə istilənməsi riskli və çətindir. Gün ərzində beyin maqnit – rezonans tomoqrafiyasının olmasını planlamışıq. Çalışırıq ki, bu müayinəni edək və beyində olan problemi dəqiqləşdirək”.

“Hazırda vəziyyəti pisdir. Beyində bir patologiyanın olması proqnozun daha pis yöndə olmasına işarə verir”, - deyə həkim əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026