• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Deyə bilmərəm ki, Rza Zərrabı bağışlamaram” – Güneldən gözlənilməz açıqlama

MƏDƏNİYYƏT

30 May 2021 | 22:22

“Deyə bilmərəm ki, Rza Zərrabı bağışlamaram” – Güneldən gözlənilməz açıqlama

Türkiyədə fəaliyyət göstərən müğənni Günel Zeynalova ilk dəfə keçmiş sevgilisi Rza Zərrabdan danışıb.

Müğənni "Dəyişən cavab" verilişində qonaq olub. O, Ebru Gündeşlə ayrılan iş adamı haqda fikirlərini söyləyib:

"Rza Zərrabı İbrahim Tatlıseslə mən tanış etmişdim. İbrahim Tatlıses istəyirdi ki, mən onunla evlənim. Ona görə nişanıma gəlmədi. Mənə verəcəyi mahnını da vermədi. Biz onunla (red: Rza Zərrab) ilə böyük sevgi yaşamışdıq. Dubayda gəlinlik də seçmişdim. Artıq zaman keçir, mən böyümüşəm. Yaşadığın sıxıntılar unudulur. O zaman üzüldüyün hadisələrə indi sadəcə baxırsan”.

Günel Zeynalova aparıcının "Ebru Gündəşi bağışlayarsınız" sualına,- "Hər kəsi bağışlamışam. Bu həyatda sabah nə yaşayacağımızı bilmirik. Mən gəlinlik paltarını seçirdim, mənə zəng etdi, ayrıldıq. Son peşmanlıq fayda verməz. Əslində səhvini bir neçə gün sonra anlamışdı”, - deyə cavab verib.

"Rza Zərrabı bağışlaya və qəbul edərsinizmi" sualına isə müğənninin cavabı gözlənilməz olub:

"İnsan nə qədər desə ki, bağışlamaram, qəbul etmərəm, amma həyat səni elə bir vəziyyətə gətirər ki, etmərəm dediyini edərsən. Mən böyük danışmağı sevmirəm. Böyük danışıb onu yaşamaq istəmirəm".

Qeyd edək ki, Günel Zeynalova 8 il iş adamı Rza Rərrab ilə sevgili olub. Daha sonra Rza Zərrab ona Ebru Gündeşlə xəyanət edib.

Rza ilə Ebru bu gün rəsmən boşanıb./musavat/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR