• Bakı 20° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Kventin Tarantino karyerasını bitirir

MƏDƏNİYYƏT

27 Iyun 2021 | 16:03

Kventin Tarantino karyerasını bitirir

Dünyaca məşhur rejissor-aktyor Kventin Tarantino karyerasını bitirməyi planlaşdırır.

Bu barədə rejissor "Real Time With Bill Maher" proqramında deyib.

O bildirib ki, son lentə alacağı filmdən sonra karyerasını bitirəcək.

Rejissorun sözlərinə görə, zirvəyə çatandan sonra hansısa bir sahədə yeganə yol aşağı düşməkdir, ona görə də vaxtı gələndə getmək lazımdır:

"Bu səbəbdən kinonu tərk etmək istəyirəm. Kinonun tarixini bilirəm və həmin müddətdən sonra rejissorlar daha da zirvəyə qalxa bilmirlər".

Qeyd edək ki, Tarantino fəaliyyəti dövründə "Oskar", "Qızıl Palma Budağı", "Qızıl Qlobus" və "Britaniya Kino və Televiziya İncəsənətləri Akademiyası"nın mükafatlarını qazanıb./unikal/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026