• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Nazir Anar Kərimovun Gürcüstanda görüşləri başlayıb

MƏDƏNİYYƏT

06 Iyul 2021 | 12:42

Nazir Anar Kərimovun Gürcüstanda görüşləri başlayıb

İyulun 6-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov Gürcüstana rəsmi səfər edib.

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə bildirib.

M.Qafarzadə qeyd edib ki, Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Mədəniyyət, Gənclər və İdman Naziri ilə görüş keçirib.

“Rəsmilər Tbilisidə Heydər Əliyev adına parkda ulu öndərin büstünü ziyarət edərək önünə əklil və gül dəstələri qoyublar. Mərasim iştirakçıları daha sonra Tbilisidə Ulu öndərin adını daşıyan sahilboyunda yerləşən memorialı ziyarət edərək xatirəsini anıblar.

İyul ayının 9-dək baş tutacaq səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulur. Nümayəndə heyətinə nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri daxildir”,-deyə M.Qafarzadə bildirib. 

Ramid İbrahimov


Nazir Anar Kərimovun Gürcüstanda görüşləri başlayıbNazir Anar Kərimovun Gürcüstanda görüşləri başlayıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026