• Bakı 24° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Amerikalı tədqiqatçılar Ağalıda oldular

CƏMİYYƏT

21 Noyabr 2022 | 13:01

Amerikalı tədqiqatçılar Ağalıda oldular

“Naval postgraduate school”un (ABŞ) professoru Brenda Şaffer və Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran Azərbaycanın Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər.

Bakıvaxtı.az  xəbər verir ki, bu səfərin məqsədi kənddə yaradılan şəraitlə tanış olmaqdır.

Səfər çərçivəsində qonaqlar “Azərpoçt” MMC-nin filiallarında və ASAN xidmətdə olublar. Şaffer və Doran birinci sinifdə açıq dərsdə iştirak etdikləri Ağalı kənd tam orta məktəbin fəaliyyəti ilə də maraqlanıblar. Onlar məktəblilərə “Xarıbülbül nağılı” kitabını hədiyyə ediblər.

Xatırladaq ki, Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra Ağalı kəndi Zəngilanın keçmiş sakinlərinin, yaxın vaxtlara qədər məcburi köçkün hesab edilənlərin qayıtdığı ilk yaşayış məntəqəsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026