• Bakı 20° C

    2.13 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

ANAMA-dan mina təhlükəsi ilə bağlı çağırış

CƏMİYYƏT

29 Iyun 2021 | 21:13

ANAMA-dan mina təhlükəsi ilə bağlı çağırış

Müharibə bitsə də, yerin altına basdırılan gizli düşmənlər - minalar hələ də can almaqda davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) maarifləndirmə işləri üzrə şöbə müdiri Ramil Əzizov Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkil etdiyi tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu gün beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti qurumları "2025-ci ildə minasız dünya" arzusu ilə vahid platforma ətrafında bir araya gəlib.

R.Əzizov Azərbaycanda mina təhlükəsinə dair tədbirləri həyata keçirən müvafiq qurumları, həmçinin minadan zərərçəkənlərin sosial-iqtisadi inteqrasiyası ilə məşğul olanları vahid platformada bir araya gəlməyə çağırıb.

Tədbir iştirakçıları humanitar minatəmizləmə mövzusu ətrafında müzakirələrdə iştirak ediblər. Mina qurbanlarının ehtiyaclarının qarşılanması, onların iş yerləri ilə təmin edilməsi, ölkədaxili və xaricdə müalicəsi, həmçinin mina partlayışı nəticəsində həlak olanların ailə üzvləri üçün nəzərdə tutulan müxtəlif reabilitasiya proqramları haqqında fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR