• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

ANS-in keçmiş aparıcısına vəzifə verildi

CƏMİYYƏT

20 Aprel 2024 | 11:50

ANS-in keçmiş aparıcısına vəzifə verildi

Fəaliyyəti dayanmış ANS televiziyasında aparıcısı işləmiş Rəşad Abbasov Təhsil TV-nin baş redaktoru vəzifəsinə təyin olunub. 

Bakıvaxtı.az xəbər verir ki, R.Abbasov buna qədər İnterAz televiziyasında da çalışıb. 

Təhsil TV 2015-ci ildən Elm və Təhsil Nazirliyinin bir layihəsi kimi fəaliyyətə başlayıb. 2021-ci ildə isə Azərbaycan Respublikası Təhsil İnstitutunun təsisçiliyi ilə “TƏHSİL TV” MMC dövlət qeydiyyatına alınıb. Bu dövr ərzində yüzlərlə materiallar hazırlanaraq Təhsil Nazirliyinin, eləcə də Təhsil TV-nin rəsmi saytlarında və sosial şəbəkə hesablarında təqdim olunub. 

Azərbaycan Respublikası Audiovizual Şurasının 20 dekabr 2022-ci il tarixli qərarı ilə TƏHSİL TV​ kanalına peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026