• Bakı 23° C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Aptekdə istifadə müddəti bitmiş qida məhsulları aşkarlandı - FOTOLAR

CƏMİYYƏT

12 Sentyabr 2023 | 17:40

Aptekdə istifadə müddəti bitmiş qida məhsulları aşkarlandı - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Oğuz rayonu, Kərimli kəndində fəaliyyət göstərən “Zeytun Pharmaceuticals” MMC-yə məxsus aptekdə planlı yoxlama aparıb.

Bu barədə Bakıvaxtı.az-a AQTA-dan məlumat verilib.

Yoxlama zamanı istifadə müddəti bitmiş müxtəlif sayda, müxtəlif əmtəə nişanlı uşaq qidası və bitki çayının satışının həyata keçirildiyi aşkarlanıb. Həmçinin sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq istifadə müddəti bitmiş məhsulların satışı ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb olunub.
 


Aptekdə istifadə müddəti bitmiş qida məhsulları aşkarlandı - FOTOLARAptekdə istifadə müddəti bitmiş qida məhsulları aşkarlandı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026