• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Aqşin də Röya ilə DUET OXUMAQ İSTƏYİR

MƏDƏNİYYƏT-ŞOU

21 May 2024 | 09:41

Aqşin də Röya ilə DUET OXUMAQ İSTƏYİR

“Mənim bir proyektim var, onu ən populyar xanım müğənnilərdən biri ilə oxuyacağam”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri meyxanaçı Aqşin Fateh “Rəngarəng səhər” verilişində deyib.

O, Xalq artisti Röya Ayxanla işbirliyinə başlamaq istədiyini etiraf edib:

“Bu mövzunu heç yerdə danışmamışam, amma indi deyəcəm. Röya Ayxanla duet oxumaq üçün bir layihə hazırlanır. Yaxın zamanlarda təklif ediləcək. Mahnının çox tutarlı sözləri var. Mahnını özü dinləyəcək, ondan sonra qərar veriləcək. Mən buna iş təklifi kimi baxıram, təklifimi edəcəm, qəbul edə də bilər, etməyə də bilər. Amma məncə, təklifi qəbul etməsə, təəssüflənəcək”.

Qeyd edək ki, bir neçə həftə öncə meyxanaçı Balaəli Maştağalı Röya Ayxanla duet oxumaq istədiyini etiraf edib.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

26 Iyul 2024