Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bioloji aktiv qida məhsulları ilə bağlı istehlakçılara müraciət edib.
Bakıvaxtı.az quruma istinadən xəbər verir ki, məlumatda bioloji aktiv qida məhsulları normal qidalanmanı əvəz etmədiyi qeyd edilib və maarifləndirici məlumatlar verilib.
Agentliyin açıqlamasında istehlakçılardan satış şəbəkələrində bioloji aktiv qida məhsulları ilə bağlı hər hansı uyğunsuzluq və ya qanunsuz hal müşahidə etdikdə bununla bağlı AQTA-nın “1003-Çağrı Mərkəzi”nə məlumat verməklərini xahiş edib.
















