• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bu abituriyentlər Türkiyə-Azərbaycan Universitetində təhsil ala bilərlər

CƏMİYYƏT

10 Avqust 2024 | 15:48 | Müəllif: Gülşən Şərif

Bu abituriyentlər Türkiyə-Azərbaycan Universitetində təhsil ala bilərlər

Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasını ümumi balı 500-dən, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisaslarını isə ümumi balı 450-dən az olmayan abituriyentlər seçə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Xatırladaq ki, Türkiyə-Azərbaycan Universitetində tədris ingilis dilində olmaqla Orta Şərq Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetində həyata keçirilən təhsil proqramlarına uyğun aparılacaq.

Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub. Ali təhsil müəssisəsinə ixtisas seçimi avqustun 9-dan başlanıb və 19-dək davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026