• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Araz Supermarket” 16 min manatadək cərimələnə bilər

CƏMİYYƏT

11 Avqust 2023 | 14:42

“Araz Supermarket” 16 min manatadək cərimələnə bilər

"Veysəloğlu" Şirkətlər Qrupunun strukturunda olan “Araz” supermarketlər şəbəkəsi, yaxud hüquqi adı ilə “Araz Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimə protokolu yazılıb.

Bakıvaxtı.az xəbər verir ki, “Araz Supermarket” barədə protokol İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi əsasında protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.

İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində bildirilib ki, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

İnzibati xətalar haqqında iş Abşeron Rayon Məhkəməsinin hakimi Vaqif Həsənovun icraatındadır.

Qeyd edək ki, “Araz Supermarket” MMC bundan öncə də ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə cərimələnib.

“Araz Supermarket” barədə protokol İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi əsasında protokol tərtib olunaraq iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində bildirilib ki, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə, fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Sumqayıt Şəhər Məhkəməsində 16.08.2023-cu il tarixinə baxış iclası təyin edilib.

İbRa 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026