Xalq artisti Arif Babayevin vəziyyəti açıqlanıb.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.
Qeyd olunub ki, Arif Babayev dünən axşam saatlarında Mərkəzi Klinikaya müraciət edib.
"Vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir. Hal-hazırda reanmasiya şöbəsində müalicəsi davam edir",- deyə Klinikadan bildirilib.
Xatırladaq ki, iyulun 23-də saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub.
Daha sonra isə Xalq artisti Arif Babayev Bakıya yola salınıb.
Mina Mikayılova