Piylənmə bədəndə piy toxumasının yığılmasıdır. Bir insanın kökəlməsinin ən əhəmiyyətli səbəbi, aldığı enerjinin istehlak etdiyi enerjidən çox olmasıdır. Ancaq tək səbəb fərdin həddindən artıq enerji qəbulu ilə bağlı deyil.
Bakıvaxtı.az xəbər verir ki. arıqlama prosesində fərd tələb olunan enerjinin altında bir pəhriz yaratdıqda, kilo verməsi gözlənilsə də, bəzi hallarda bunun belə olmadığı görülür.
Arıqlamaq tapmaca kimidir. Onun bir hissəsi unudulan zaman istənilən nəticəni əldə etmək mümkün deyil.
Dietoloq Yasin Ayyıldızın sözlərinə görə, arıqlama prosesini çətinləşdirən səbəblər arasında su istehlakının azaldılması, qida maddələrə məhəl qoymadan yalnız kalorilərin hesablanması, hormon dəyərlərinin yoxlanılmaması, vitamin və mineralların olmaması, idman etməmək var. Kalori hesablayan şəxslər yalnız qidanın enerji dəyərinə baxırlar. Ancaq enerji dəyərindən daha vacib olan qidanın tərkibində olan makronutrientlərdir. 100 kalorili kola ilə 100 kalorili yumurtanın qan şəkərinə təsiri, maddələr mübadiləsi sürətinə təsiri və aclıq-toxluq hormonlarına təsiri eyni deyil. Fərd kalori hesablasa da, tərkibindəki şəkərin çox olması arıqlamağı çətinləşdirir.
Hormonlar həyatımızın hər mərhələsində, eləcə də arıqlamada meydana çıxır.
Qalxanabənzər vəzinin zəif işləməsi nəticəsində maddələr mübadiləsi ləngiyir. Bu, insanda çəki artımına səbəb ola bilər. Goitrogen qidaların istehlakını məhdudlaşdırmaqla və dərman müalicəsi ilə bu vəziyyətin qarşısını almaq mümkündür.
Mədəaltı vəzidən ifraz olunan başqa bir hormon olan insulin arıqlama prosesində aparıcı rol oynayır.
Diabet insulinin qeyri-kafi ifrazı və ya olmaması nəticəsində yaranır. İnsulin çatışmazlığı nəticəsində qan şəkərindəki dalğalanmalar insanın arıqlamasını çətinləşdirir. Bu maneəni adekvat fiziki fəaliyyət və qan şəkəri dəyərlərinə uyğun hazırlanmış qidalanma proqramı ilə aradan qaldırmaq mümkündür.
Piylənmə D vitamini səviyyəsi aşağı olan yetkinlərdə daha çox rast gəlinir. D vitamini çatışmazlığı ilə piylənmənin artması, dislipidemiya və insulin ifrazının azalması müşahidə olunur. Bu hallar piylənmədə D vitamini çatışmazlığının tapmacanın bir parçası olduğunu göstərir. D vitamini səviyyəsi aşağı olan insanlar, həkim nəzarəti altında qida əlavələrindən istifadə edərək arıqlamağa kömək edə bilərlər.
Aytac Aslan
















