• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AMEA-nın professoru polisə müraciət etdi - Adımdan 45 min avro alıblar

CƏMİYYƏT

26 May 2022 | 20:13 | Müəllif: Subhan Mahmudov

AMEA-nın professoru polisə müraciət etdi - Adımdan 45 min avro alıblar

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Novruzoğlu (Vəlizadə) polisə müraciət edib.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən bildirir ki, o, İslam Məmmədov adlı şəxsin onun adından isifadə edərək 45 min avro pul aldığını bildirib.

R.Novruzoğlu qeyd edib ki, həmin şəxslə xeyli müddət birlikdə işləyib, rəhbərlik etdiyi qəzetdə çalışıb. 2018-ci ildə R.Novruzoğlu xarici vətəndaş olan şəxsin elmi dərəcə almasına yardım məqsədilə dissertasiya yazarkən İslam Məmmədov onun adından istifadə edərək əcnəbi vətəndaşdan 45 min avro alıb. Bundan xəbəri olmayan Rövşən Novruzoğlu xeyli vaxt sonra İslamın onun adından külli miqdarda pul almasını öyrənib. Geridə qalan müddətdə İ.Məmmədov R.Novruzoğluna pulun bir hissəsini qaytaracağını desə də, vədinə əməl etməyib.

Tanınmış alimin müraciəti ilə bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

R.Novruzoğlu çıqlamasında faktı təsdiqləyib və İslam Məmmədovun uzun müddət onunla ünsiyyətdən yayınaraq gizləndiyini bildirib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026