• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

"Arsenal" tarixi rekorda imza atdı

İDMAN

17 Aprel 2025 | 09:54

Arsenal tarixi rekorda imza atdı

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında İspaniyanın "Real" klubunu məğlub edən (2:1) "Arsenal" (İngiltərə) tarixi rekorda imza atıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Santyaqo Bernabeu"da ardıcıl ikinci dəfə "Real"a qalib gələn ilk komanda olub. Londonlular 2006-cı ilin fevralında, Çempionlar Liqasının 1/8 finalında Madrid komandasını 1:0 hesabı ilə məğlub etmişdilər.

Bu dəfə "Real"ı iki matçın (3:0, 2:1) nəticəsinə görə üstələyən "Arsenal" yarımfinalda PSJ ilə qarşılaşacaq. Digər yarımfinal cütünü "İnter"lə "Barselona" təşkil edib.

Qeyd edək ki, "Arsenal" tarixi ərzində heç vaxt UEFA Çempionlar Liqasının qalibi olmayıb. “Topçular” həmçinin 2009-cu ildən bəri ilk dəfə turnirin yarımfinalında çıxış edəcək.


SON XƏBƏRLƏR

18 Aprel 2025