Türkiyədə qadın həyat yoldaşı tərəfindən öldürülüb.
Bakıvaxtı.az TGRT Haber-ə istinadən xəbər verir ki, hadisə Adıyamanda qeydə alınıb.
Belə ki, 72 yaşlı Abuzer Y. 71 yaşlı Naile Y-ya çoxsaylı bıçaq zərbələri vurub.
Bütün müdaxilələrə baxmayaraq, Adıyaman Təhsil və Araşdırma Xəstəxanasına aparılan Naile Y.-nin həyatını xilas etmək mümkün olmayıb.
Həyat yoldaşını bıçaqlayaraq öldürən Abuzer Y.-nin hadisədən dərhal sonra evin pəncərəsindən bayırı seyr edərək öz-özünə nəsə dediyi anların görüntüləri ortaya çıxıb. Görüntülərdə Abuzer Y. pəncərədən çölə baxaraq “Mənə deyirdi ki, sən mənim ərim deyilsən, bunu deyən birinin axırı budur” deyən Əbuzər Y. “Get rüsvay ol” kimi sözlər işlədib.
Abuzer Y. saxlanılanıb. O, hakim qarşısına çıxarılacaq.
Günəş Mərd
















