• Bakı 22° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

“AstraZeneca” peyvəndinin ixracı dayandırıldı

GÜNDƏM

26 Mart 2021 | 19:25

“AstraZeneca” peyvəndinin ixracı dayandırıldı

Avropa İttifaqı (Aİ) ölkələrində istehsal olunmuş “AstraZeneca” peyvəndinin ixracı müvəqqəti dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa İttifaqının daxili bazar üzrə komissarı Tyerri Breton bildirib.

Onun sözlərinə görə, yeni qayda konsernin peyvənd dozlarının çatdırılmasına dair öhdəliklərini yerinə yetirənə qədər qüvvədə olacaq.

Komissar, həmçinin qeyd edib ki, digər istehsalçılar peyvəndlərin çatdırılmasına dair öhdəliklərini nəzərdə tutulmuş vaxt planı üzrə yerinə yetirirlər. Lakin Avropa İtifaqı “AstraZeneca“ konserni ilə problemlər yaşayır. Belə ki, istehsalatda yaranmış ləngimələrə görə, şirkət çatdırmalı olduğu məhsulun həcmini kəskin şəkildə aşağı salıb.(azvision.az)
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026