• Bakı 10° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Şuşada silah-sursat aşkar edildi

GÜNDƏM

24 Aprel 2021 | 19:29

Şuşada silah-sursat aşkar edildi

İşğaldan azad edilmiş ərazilərdə partlamamış silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı Şuşa şəhəri ərazisindən 11 ədəd müxtəlif növ raket qurğusu, 4 ədəd qumbaraatan, 1 ədəd avtomat, 14 ədəd müxtəlif növ qumbara, 4 ədəd qumbarataatan mərmisi, 32 ədəd avtomat darağı, 1 ədəd rabitə qurğusu, 19140 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026