• Bakı 18° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Aşura mərasimi hansı məscidlərdə keçiriləcək?

CƏMİYYƏT

11 Iyul 2024 | 21:15 | Müəllif: Subhan Mahmudov

Aşura mərasimi hansı məscidlərdə keçiriləcək?

Aşura günü paytaxtda fəaliyyət göstərən bütün ibadət evlərində (məscidlərdə) mərasimlər keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Oxu.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin dekanı, ilahiyyatçı alim hacı Fuad Nurullayev deyib.

O bildirib ki, regionların da əksəriyyətində Aşura mərasimi hər il keçirilir:

"Regionda yerləşən ibadət evlərində də sakinlər qaydalara uyğun olaraq Kərbəla şəhidlərinin əziz xatirəsini yad edəcəklər".

Qeyd edək ki, hicri-qəməri təqvimi ilə 1445-cü il başa çatıb, yeni 1446-cı ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimlə 2024-cü il iyul ayının 7-nə təsadüf edib. Aşura günü isə iyul ayının 16-da olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026