• Bakı 16° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Atasının fermasını YANDIRDI

HADİSƏ

18 Iyul 2022 | 12:09

Atasının fermasını YANDIRDI

İyulun 17-də saat 19 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindəki fermaların birində yanğın baş verib, nəticədə fermanın yanar konstruksiyaları və orada olan 12.000 ədəd ot bağlaması yanıb. 

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla kənd sakini P.Əliyevin atasına məxsus fermanı qəsdən yandırmasına əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən P.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. 

Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026