İsrail və Livan atəşkəs rejiminə malikdir, lakin ölkənin şimalında təhlükəsizlik bərpa olunmayana qədər müharibə bitmir.
Bakıvaxtı.az xəbər verir ki, bunu İsrailin Baş nazir Benyamin Netanyahu deyib.
"İndi atəşkəs rejiminin mövcud olduğunu vurğulayıram, bu, müharibənin sonu deyil, bizim açıq bir məqsədimiz var - insanları geri qaytarmaq və şimalı bərpa etmək. Biz bu atəşkəsi dəmir əllə müşahidə edirik: istənilən kiçik və ya ciddi bir pozuntuya qarşı hərəkətə keçirik", - deyə Netanyahu bildirib.