• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Atmosferdən CO2 qazını yığa biləcək mexaniki ağaclar yaradılıb

MULTİMEDİA

27 Yanvar 2022 | 01:27 | Müəllif: Qalib İbrahimoğlu

Atmosferdən CO2 qazını yığa biləcək mexaniki ağaclar yaradılıb

Arizona Universitetinin alimi Klaus Lackner-in rəhbərliyi altında tədqiqatçılar xüsusi mexaniki ağaclar yaradıblar.

Bakıvaxtı.az xəbər verir ki, yaradılmş həmin mexaniki ağaclar atmosferdəki CO2 qazını yığa biləcəklər. Məlumata əsasən bu mexaniki təchizatlar CO2 qazını təbii ağaclardan daha effektiv şəkildə yığa biləcəklər. Mexaniki ağaclar diametri 1.5 metrlik xüsusi disklərə sahib olan yüksək sütunlar şəklindədirlər. Disklər bir-birilərindən 5 sm-lik məsafədə yerləşirlər. Yüksək sütunların sahib olduqları disklər kimyəvi qətran örtüyü ilə əhatə olunublar. Nəticədə həmin kimyəvi qətran atmosferdən CO2 qazının yığılması üçün nəzərdə tutulub. Yığılmış CO2 qazı xüsusi anbarlara yerləşdirilir və daha sonra ondan nəqliyyat növləri üçün nəzərdə tutulmuş sintetik yanacağın istehsalında istifadə etmək olar.

    Bu üsul ilə yanacaq istehsalı prosesində neft ilə qazın istifadəsini dəfələrlə aşağı salmaq mümkün olacaq. Klaus Lackner yaxın gələcəkdə bu cür mexaniki ağaclardan ibarət 3 ferma inşa etməyi planlaşdırır. Onlardan biri artıq bu ilin sonunda Arizona ştatı ərazisində istifadəyə verilməlidir. Sözügedən layihənin reallaşdırılması üçün alimlər ABŞ Energetika Nazirliyindən 2.5 milyon dollar maliyyə əldə ediblər. 12 ədəd mexaniki ağac gün ərzində 1 ton həcmində CO2 qazı yığa bilər (technote.az). 1200 ədəd mexaniki ağacdan ibarət kiçik ferma 100 ton həcmində CO2 qazı yığmaq potensialına sahibdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026