• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AVRO-2020: Almaniya millisi "Uembli"də məşqə buraxılmadı

İDMAN

26 Iyun 2021 | 19:50

AVRO-2020: Almaniya millisi "Uembli"də məşqə buraxılmadı

Almaniya millisi İngiltərə ilə qarşılaşacağı Avropa çempionatının 1/8 final mərhələsinin oyunundan əvvəl "Uembli" stadionunda məşqə çıxa bilməyib.

Bu barədə Almaniya Futbol İttifaqının sözçüsü Yens Grittner "Sky Germany" nəşrinə açıqlamasında bildirib.

Grittnerin sözlərinə görə yığmanın baş məşqçisi Yoahim Löv matçın oynanılacağı arenada məşq keçirməyi planlaşdırıb, lakin UEFA nümayəndəsi meydanı yükləməmək üçün hazırlığı ləğv edib: "Orada məşq keçirmək istəyirdik. Bunu edə bilmədiyimiz üçün üzülürük. Çünki bizi turnirin vacib oyunu gözləyir".

Qeyd edək ki, bu gün "Uembli" stadionunda İtaliya və Avstriya komandaları arasında 1/8 final matçı olacaq. İngiltərə - Almaniya görüşü isə iyunun 29-da eyni arenada gerçəkləşəcək./report/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026