• Bakı 10° C

    9.77 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Avro-2020: Bakıdakı ilk görüş sülhlə yekunlaşdı

İDMAN

12 Iyun 2021 | 17:23

Avro-2020: Bakıdakı ilk görüş sülhlə yekunlaşdı

Bakı Olimpiya Stadionunda Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyunu start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, görüşü fransalı Kleman Türpen idarə edir.

Matça 16 mindən çox bilet satılıb. Bu, Azərbaycan paytaxtında gerçəkləşəcək ilk qarşılaşmadır.

Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

***

İsveçrə millisi matçın 49-cu dəqiqəsində Embolonun vurduğu qolla hesabı açıb: 1-0.

***

Uels matçın 74-cü dəqiqəsində More ilə hesabı bərabərləşdirdi: 1-1.

***

İsveçrə-Uels matçı 1-1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, bu qrupun digər matçında ötən gün İtaliya Türkiyəyə 3-0 qalib gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026