• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəhriyar Məmmədyarov Harri Kasparova qalib gəldi

İDMAN

10 Iyul 2021 | 22:18

Şəhriyar Məmmədyarov Harri Kasparova qalib gəldi

Bu gün “Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin - Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”un blits turniri start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, iki gün davam edəcək turnirin birinci günündə Şəhriyar Məmmədyarov 9 turda mübarizə aparır.

Belə ki, şahmatçımız startda fransalı Maksim Vaşye-Laqrava uduzsa da, növbəti görüşdə rusiyalı Yan Nepomnyaşiyə və niderlandlı Jorden Van Forestə qalib gəlib. Sonrakı qarşılaşmalarda Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk və polşalı Yan-Kşıştof Dudaya məğlub olan şahmatçımız 6-cı turda eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində qələbə qazanıb. Ş.Məmmədyarov 7-ci turda ukraynalı Anton Korobova məğlub olub. Şahmatçımızın daha bir keçmiş dünya çempionu, hindistanlı Vişvanatan Anandla qarşılaşması davam edir. Ş.Məmmədyarov bu gün son görüşünü niderlandlı Aniş Giriyə qarşı keçirəcək.

Qeyd edək ki, bundan əvvəl turnir çərçivəsində rapid yarışı keçirilib. Yekun nəticələrə görə Şəhriyar Məmmədyarov 9 xalla 6-cı yerdə qərarlaşıb.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov seriyanın birinci yarışının - "Superbet Chess Classic Romania"nın qalibi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026