• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Barselona"nın Messinin gedişindən sonra itirəcəyi məbləğ açıqlanıb

İDMAN

09 Avqust 2021 | 18:12

"Barselona"nın Messinin gedişindən sonra itirəcəyi məbləğ açıqlanıb

"Brand Finance" konsaltinq şirkəti argentinalı futbolçu Lionel Messinin "Barselona"dan gedişinin maliyyə nəticələrini qiymətləndirib.

Bakıvaxtı.az xəbər verir ki, mütəxəssislər klubun maliyyə itkilərinin 137 milyon avro dəyərində olacağını açıqlayıblar.

Bu məbləğə gəlir itkiləri, markanın istifadəsi ilə əlaqədar reklam qazancı və s. daxildir. 34 yaşlı forvardın gedişindən sonra "Barselona" brendinin dəyəri 11% azalacaq.

La Liqa təmsilçisi sponsorluq gəlirindən 77 milyon avro, forma və digər malların satışından isə 43 milyon avro itirəcək.

Qeyd edək ki, Lionel Messinin Fransanın PSJ klubuna keçəcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026