• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat alıb

İDMAN

09 Avqust 2021 | 09:55

Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat alıb

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, o, Lüksemburqun "Fola Eş" və Şimali İrlandiyanın "Linfild" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.

Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 12-də keçiriləcək "Fola Eş" - "Linfild" qarşılaşması Bakı vaxtı ilə 21:30-da başlayacaq. İlk oyunda Lüksemburq təmsilçisi qələbə qazanıb - 2:1.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026