Bu gün futbol üzrə Avropa çempionatında daha üç oyun keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, qarşılaşmaların biri D, ikisi E qrupunda baş tutacaq.
Günün ilk matçı D qrupunda Şotlandiya və Çexiya yığmaları arasında olacaq. E qrupunda üçqat Avropa çempionu İspaniya İsveçlə üz-üzə gələcək. Qrupun digər iddialı komandası Polşa Slovakiyanı sınağa çəkəcək.
D qrupu
Şotlandiya - Çexiya
Baş hakim: Daniel Siebert (Almaniya)
Qlazqo. "Hampden Park" stadionu
E qrupu
Polşa - Slovakiya
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
Sankt-Peterburq. "Sankt-Peterburq" stadionu
İspaniya - İsveç
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Sevilya. "Estadio La Cartuja" stadionu
















