• Bakı C

    2.46 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

Avropa anbarlarında qaz ehtiyatları 65 faizdən aşağı düşüb

DÜNYA

15 Yanvar 2025 | 14:34

Avropa anbarlarında qaz ehtiyatları 65 faizdən aşağı düşüb

Avropanın yeraltı anbarlardakı qaz ehtiyatlarının səviyyəsi 65 faizdən aşağı düşüb.

Bakıvaxtı.az xəbər verir ki, “Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, isitmə mövsümünün başladığı oktyabrın 29-dan bəri anbarlardan qaz çıxarılması əvvəlki beş ilin orta göstəricisindən 29 faiz çox artaraq 36 milyard kubmetrə çatıb, sutkalıq çıxarılan qazın həcmi isə ilk dəfə olaraq 900 milyon kubmetrə yaxınlaşıb.

Bununla belə, yeraltı anbarlarda qaz ehtiyatları tarix ərzində dördüncü ən yüksək səviyyədədir və 72,1 milyard kubmetr (64,98 faiz) təşkil edir. Avropa birjasında isə min kubmetr qazın qiyməti təxminən 500 dollar ətrafında dəyişir.


SON XƏBƏRLƏR