• Bakı 17° C

    10.52 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

14 ştat Tramp və Maska qarşı iddia qaldırıb

DÜNYA

14 Fevral 2025 | 11:25

14 ştat Tramp və Maska qarşı iddia qaldırıb

ABŞ-də 14 ştat Prezident Donald Tramp və Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maska qarşı federal iddia qaldırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABC telekanalı iddia ərizəsinə istinadən məlumat yayıb.

Ştatların D.Tramp və İ.Maska qarşı iddiası ondan ibarətdir ki, Mask "geniş səlahiyyətlərə" malik olmasına baxmayaraq, prezident tərəfindən rəsmi olaraq dövlət vəzifəsinə təyin edilməyib və Senat tərəfindən təsdiqlənməyib. Bu da ABŞ Konstitusiyasının 2-ci maddəsinin 2-ci bölməsinin 2-ci bəndini ("Təyinatlar haqqında") pozur.

Materialda qeyd olunub ki, Vaşinqtondakı federal məhkəməyə iddia Nyu-Meksiko ştatının baş prokuroru Raul Torres, həmçinin Arizona, Miçiqan, Merilend, Minnesota, Kaliforniya, Nevada, Vermont, Konnektikut, Rod-Aylend, Massaçusets, Oreqon, Vaşinqton və Havay ştatlarının rəsmiləri tərəfindən qaldırılıb - onlardan ikisi, Nevada və Vermont respublikaçılar partiyasından olan qubernatorlar tərəfindən idarə olunur.

Telekanal vurğulayıb ki, eyni zamanda ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 26 hazırkı və keçmiş əməkdaşı, eləcə də podratçısı Maska qarşı Merilenddəki federal məhkəməyə iddia qaldırıb.

Daha əvvəl Nyu-York baş prokuroru Letitsiya Ceyms bildirmişdi ki, 12 ştatın nümayəndələri məhkəmə vasitəsilə DOGE-nin məlumatlara çıxışının məhdudlaşdırılmasını tələb etmək niyyətindədirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026