• Bakı 24° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

“Avropa İttifaqı Azərbaycan qazına ümidlidir"

SİYASƏT

07 Iyun 2022 | 12:29 | Müəllif: Qalib İbrahimoğlu

“Avropa İttifaqı Azərbaycan qazına ümidlidir"

“Avropa İttifaqı Rusiya qazından tədricən imtinanın əvəzində Azərbaycan və Türkmənistan qazına ümidlidir və rəsmi Bakı köhnə qitəyə daha çox qaz ixracında maraqlıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Türkmənistanla Azərbaycan arasında qaz sazişi var. Keçən il İran, Azərbaycan və Türkmənistan hər il 1,5-2 milyard kubmetr türkmən qazının Azərbaycana svop tədarükü barədə razılaşma imzalamışdı. Aşqabad və Bakı bu əməkdaşlığı genişləndirməyə qərar veriblər.

Ekspert qeyd edib ki, Azərbaycan İran vasitəsilə Türkmənistan qazının svop tədarükünün illik həcmini indiki 2 milyard kubmetrdən 4 milyard kubmetrə çatdırmaq barədə razılığa gəlib: “İranın neft naziri Cavad Ovci Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə bu barədə saziş imzalanıb. Hadisələrin bu istiqamətdə gedişatı Kremli narahat etməyə başlayıb. Rusiya mətbuatı belə yazılar yayınlayır ki, Azərbaycanın Avropa İttifaqına qaz ixracını artırması Bakının Moskva ilə imzaladığı strateji bəyanata ziddir. Rusiya mətbuatı bəyanatdakı iki dövlətin bir-birlərinin strateji və iqtisadi maraqlarını nəzərə alınması bəndinə istinad edirlər”.

E.Şahinoğlunun sözlərinə görə, Kremlin strateji marağı Rusiya qazından imtina edən Avropa dövlətlərini cəzalandırmaqdırsa, Azərbaycanın strateji marağı isə əksinə qaza ehtiyacı olan Avropa dövlətləri ilə yeni sazişlər imzalamaq və büdcə gəlirlərini artırmaqdır: “Həqiqətən belə olan halda Rusiya və Azərbaycanın strateji maraqları üst-üstə düşmür və bu təbiidir. Rusiya mətbuatı ondan yazsın ki, "RİA Novosti" agentliyinin ermən separatçısından Azərbaycan əleyhinə müsahibə götürməsi necə, "strateji sazişə" uyğundur?”

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026