• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ceyhun Bayramov AQEM-in icraçı direktoru ilə görüşdü

SİYASƏT

06 Iyul 2022 | 14:44

Ceyhun Bayramov AQEM-in icraçı direktoru ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) icraçı direktoru Kayrat Sarıbay ilə görüşüb.

XİN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov icraçı direktoru salamlayıb və Azərbaycanın AQEM çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini söyləyib. Nazir, hazırkı dövrdə regional əməkdaşlıq formatlarının əhəmiyyətinin ön plana çıxdığını söyləyib. Bu xüsusda, Azərbaycanın da iştirakı ilə həyata keçirilən üçtərəfli əməkdaşlıq formatları, o cümlədən bu yaxınlarda Bakıda keçirilən Azərbaycan-Qazaxıstan-Türkiyə xarici işlər və nəqliyyat nazirlərinin konfransı qeyd edilib. Nəqliyyat bağlantı mövzusunun, eləcə də Şərq-Qərb Orta dəhlizin inkişafının önəm kəsb etdiyi vurğulanıb.

İcraçı direktor Kayrat Sarıbay Azərbaycana səfər proqramının kifayət qədər maraqlı olduğunu, o cümlədən aidiyyəti qurumlarla keçirilən görüşlərinin AQEM üçün əhəmiyyət kəsb edən mövzular üzrə ətraflı məlumatın əldə ediıməsi baxımından faydalı olduğunu ifadə edib. O, Azərbaycanın AQEM çərçivəsində hər zaman fəal iştirak etdiyini məmnunluqla qeyd edib. Nəqliyyat bağlantı mövzusunun AQEM üçün hazırda ən aktual məsələlərdən biri olduğunu söyləyən K. Sarıbay, bu xüsusda Azərbaycanın konstruktiv mövqeyi ilə seçildiyini vurğulayıb.

Görüşdə tərəflər, AQEM-in transformasiyası, qurumun fəaliyyətinin birgə maraq doğuran və aktual məsələlər üzrə istiqamətlənməsi, qarşıdan gələn Zirvə görüşünə hazırlıq, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Ceyhun Bayramov AQEM-in icraçı direktoru ilə görüşdüCeyhun Bayramov AQEM-in icraçı direktoru ilə görüşdü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026