• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Zəngəzur dəhlizi region üçün yeni reallıqların başlaması deməkdir

SİYASƏT

05 Avqust 2022 | 10:47 | Müəllif: Qalib İbrahimoğlu

Zəngəzur dəhlizi region üçün yeni reallıqların başlaması deməkdir

"Ermənistanın regionda formalaşan yeni düzəni pozmaq cəhdlərinə baxmayaraq bölgənin yeni iqtisadi xəritəsi artıq formalaşmaqdadır".

Bakıvaxtı.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, “Qisas” əməliyyatından 1 gün sonra İrəvan Laçın dəhlizinə alternativ yolun Ermənistan ərazisindən keçən hissəsinin tikintinsə başladığını elan edib. 36 kilometrlik yolun cəmi 4 km-i Ermənistan ərazisinə düşsədə qarşı tərəf prosesi yubatmağa çalışırdı: "Son qarşıdurmadan sonra isə rəsmi İrəvan mövcud reallığı bir daha qəbul etmək məcburiyyərində qaldı. Azərbaycan dəhlizə alternativ yolun tikintisini artıq tamamlamaq üzrədir".

V.Bayramov Ermənistan baş nazirinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru əlaqənin bərpa ediləcəyini bildirdiyini xatırladıb. Onun sözlərinə görə, İrəvanda artıq anlayırlar ki, üçtərəfli razılaşmada nəzərdə tutulanların yerinə yetirilməsinin alternativi yoxdur. Öhdəliklərə əməl edilməlidir.

"Zəngəzur dəhlizinin Azərbaycan ərazisinədəki hissəsinin tikintisinin 57 faizi isə artıq tamamlanıb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulan və uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir.

Bütün bunlar, Laçın dəhlizinə alternativ yolun və Zəngəzur dəhlizinin tezliklə istifadəyə veriləcəyindən xəbər verir. Bu isə region üçün yeni reallıqların başlaması demək olacaq. Dəhliz 1.2 tirlyon dollarlıq nominal ÜDM-i olan Türk dünyasını quru yolu ilə birləşməsinə imkan verəcək".

Deputat vurğulayıb ki, Azərbaycan gücünü bir daha nümayiş etdirdi: "Revanişt meyillərin Ermənistan üçün hansı nəticələrə gətirib çıxaracağını bu bir daha göstərildi. Ölkələrin bir-birlərinin ərazi bütövlüyünü tanınmasının və davamlı sülhün alternativi yoxdur. Başqa alternativlər haqda düşünmək isə Ermənistanın elə özü üçün ziyanlı olacaq".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR