• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avropada elektrik qiymətləri bahalaşıb - STATİSTİKA

İQTİSADİYYAT

03 May 2022 | 09:11 | Müəllif: Subhan Mahmudov

Avropada elektrik qiymətləri bahalaşıb - STATİSTİKA

Avropada yanvar ayı ilə müqayisədə elektrik enerjisi bahalaşıb.

Bakıvaxtı.azAPA-ya istinadən xəbər verir ki, qiymət artımı ölkələrə görə fərqli olub. Ən ciddi artım 103%-lə Bolqarıstanda qeydə alınıb. Növbəti yerləri Yunanıstan (+96%) və Estoniya (+83%) bölüşür.
Bəzi ölkələrdə isə azalma müşahidə olunub: Slovakiya (-12%), Çexiya (-5%) və Portuqaliya (-1%).

Tariflərə gəlincə, ən ucuz elektrik Lüksemburqdadır: 100 kWh üçün 19,89 avro. Hersoqluqda il başlayandan qiymət demək olar dəyişməyib. Avropa üçün elektrikin orta qiyməti 100 kWh üçün 23,69 avro təşkil edir.

Qitədə ən baha enerji Danimarkadadır - 100 kWh üçün 34,48 avro. Növbəti yerlərdə Almaniya (32,34), Belçika (29,94) və Fransa (20,22) gəlir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026