• Bakı 20° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Azərbaycanda “AvtoVAZ”ın satışı DAYANDI

İQTİSADİYYAT

01 Iyun 2022 | 17:07

Azərbaycanda “AvtoVAZ”ın satışı DAYANDI

Azərbaycanda yeni “Lada” modellərinin satışı dayanıb.

Bakıvaxtı.az “APA-Economics”ə istinadən xəbər verir ki, bu markanın Azərbaycanda rəsmi təmsilçisi “Xəzər-Lada”nın satışları aprel ayından etibarən dayanıb. Səbəb kimi Rusiyada istehsalın dayanması və buna görə də Azərbaycana yeni modellərin gətirilməməsi göstərilir.

“Xəzər-Lada”nın rəhbərliyi sözügedən məlumatı təsdiqləsə də, satışların dayanmadığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl şirkətdən verilən açıqlamada iyun ayına qədər bütün sifarişlərin “AvtoVAZ” tərəfindən qəbul edildiyi bildirilmişdi.

Xatırladaq ki, bu ilin birinci rübündə Azərbaycanda 268 yeni “Lada” satılıb. Rusiya avtomobilin markası bu göstərici ilə ən çox satılan avtomobillər siyahısında dördüncü olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026